Dərc edilib: 31-03-2018

https://www.nuh.az/15419-.html

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə sahəsində Anlaşma Memorandumu imzaladı

31.03.2018 18:51:31

İqtisadiyyat

Martın 31-də Giresun şəhərində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, görüşdən sonra Azərbaycan, Türkiyə və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Danışıqlardan sonra keçirilən mətbuat konfransında müdafiə nazirləri müzakirə olunan məsələlər və görüşün yekunları barədə kütləvi informasiya vasitələrinə məlumat veriblər.
Media qarşısında çıxışı zamanı Z.Həsənov bu formatda növbəti görüşün Azərbaycanda keçiriləcəyini bildirərək həmkarlarını ölkəmizə dəvət edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib