Dərc edilib: 01-04-2018

https://www.nuh.az/15422-.html

Azərbaycandakı dönərxanalarla bağlı şok açıqlama: “Ölmüş insan əti vururlar”

01.04.2018 10:58:26

İqtisadiyyat

"Azad İstehlakçılar Birliyi tezliklə bütün dönər hazırlayan restoran, kafe və obyektlərdə yoxlamalara başlayacaq. Təkcə Bakıda 15 000 dönərxana var. Lakin rəsmi sertifikat yalnız 2 şirkətə məxsusdur. Bu şirkətlərin isə 60 obyekti var. Digər dönərxanalarda istifadə olunan ətin içində mənşəyi məlum olmayan ət, at, eşşək əti, hətta ölü insan ətinin olması da istisna deyil. Bu bazara heç bir ciddi nəzarət yoxdur, yoxlamalar aparılmır”.
Azxeber.com xəbər verir ki, bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
O, sertifakatı olan 2 şirkətin adını da açıqlayıb: "Azprotein Foods Group” və "Səhliyalı”.
"2014-cü ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu fast növünün hazırlanması və istehlakı standartlarını təsdiq edib, lakin qurumun ölkədə bu standratlara əməl olunub-olunmamasını yoxlaması haqqında məlumat yoxdur”.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, 2017-ci ildə Dövlət Qida Təhlükəsizliyi Agentliyi təsis olunduqdan sonra dönər satışına nəzarət bu quruma verilib. Bundan sonra nəzarətlə onlar məşğul olacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib