Dərc edilib: 01-04-2018

https://www.nuh.az/15424-.html

Putin yanğın baş vermiş vilayətin qubernatorunu vəzifədən azad etdi

01.04.2018 14:28:50

Region

Rusiya prezidenti Vladimir Putin Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevin istefasını qəbul edib.
Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, vilayətin idarə edilməsi müvəqqəti olaraq vitse-qubernator Sergey Çivilevə tapşırılıb.
*** 
Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyevvəzifədən gedir.
Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, qubernator bir müddət öncə vilayətdə baş vermiş dəhşətli yanğın hadisəsi ilə əlaqədar ölkə prezidenti Vladimir Putinə öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə müraciət edib.
Qeyd edək ki, martın 25-də "Zimnaya vişnya" ticarət mərkəzində güclü yanğın baş vermiş, faciə nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirmişdi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib