Dərc edilib: 01-04-2018

https://www.nuh.az/15426-.html

Rusiya diplomatları gətirmək üçün ABŞ-a 2 təyyarə göndərdi

01.04.2018 18:20:21

Mədəniyyət

Xəbər verdiyimiz kimi, “Skripal işi”nə görə ABŞ 60 rus diplomatın deportasiya edilməsini barədə qərar vermişdi.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, deportasiya edilməsi haqqında qərar çıxarılan Rusiyanın Vaşinqtondakı səfirliyindəki diplomatları və ailələri bu gün ABŞ-dan ayrılacaqlar.

Rusiya ümumilikdə 171 nəfəri gətirmək üçün Vaşinqtona 2 xüsusi təyyarə göndərib. Təyyarələrdən biri geri qayıdarkən Nyu-Yorka enəcək və daha 14 ailəni götürəcək.

Qeyd edək ki, ABŞ rus diplomatların ölkəni tərk etməsi üçün 1 həftə vaxt vermişdi. Rusiya da buna cavab olaraq 60 ABŞ diplomatının ölkəni tərk etməsi üçün aprelin 5-nə qədər vaxt verib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib