Dərc edilib: 03-04-2018

https://www.nuh.az/15453-.html

Çağırın, deputatları gəlib səs versinlər

03.04.2018 19:22:21

Günün sitatı

Milli Məclisin bu gün keçirilən iclasında “Peşə təhsili haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səsvermə baş tutmayıb.


 APA   xəbər verir ki, iclas zalında deputatların sayının az olması səbəbindən səsvermənin keçirilməsi mümkün olmayıb.

Səsvermə zamanı zalda cəmi 78 deputatın olması spiker Oqtay Əsədovun ciddi iradına səbəb olub.

"Haradadır bunların qalanı? İclas bitməmiş boğazları quruyub ki, çaya qaçıblar? Çağırın, gəlib səs versinlər heç olmasa", - deyə o bildirib.

Deputatların iclas zalına qayıtmasından sonra səsvermə baş tutub.

Layihə ikinci oxunuşda qəbul olunub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib