Dərc edilib: 03-04-2018

https://www.nuh.az/15454-.html

Putin 8 nazirlə Ankarada

03.04.2018 19:29:45

Dünya

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, səkkiz nazirlə Ankara hava limanında eniş edən dövlət başçısını bu ölkənin rəsmi şəxsləri qarşılayıblar.

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin Mersin vilayətində “Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edəcəkləri planlaşdırılır.

Aprelin 4-də isə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya böhranı ilə bağlı üçtərəfli görüşü nəzərdə tutulur.

NUH informasiya agentliyi səhifəsindən çap edilib