Dərc edilib: 03-04-2018

https://www.nuh.az/15456-.html

Ərdoğan Putinlə 1,5 saat müzakirə apardı - “S-400” daha tez təhvil veriləcək

03.04.2018 23:21:14

Region

“Akkuyu” nüvə stansiyasının təməlqoyma mərasimi ilə əlaqədar Türkiyədə səfərdə olan Rusiya prezidenti Valdimir Putin Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, 1,5 saat davam edən görüşün əsas müzakirə mövzusu Rusiyanın Türkiyəyə satacağı “S-400” zenit-raket kompleksi olub.

Putin bildirib ki, “S-400” məsələsi Türkiyə və Rusiya arasında hərbi sahədəki əməkdaşlığın ən başında dayanır. O, Hökumətlərarası Komissiyanın iclasında Rusiyanın Türkiyəyə müasir hərbi texnikaların verilməsi geniş şəkildə müzakirə ediləcək.

Ərdoğan isə “S-400”ün planlaşdırılan vaxtdan daha tez təhvil alına biləcəyini və buna Rusiyanın müsbət baxdığını dilə gətirib.

Qeyd edək ki, ümumi dəyəri 2,5 milyard avro olan 4 diviziya “S-400” kompleksinin 2020-ci ilin martında təvil verilməsi planlaşdırılırdı.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib