Dərc edilib: 04-04-2018

https://www.nuh.az/15463-.html

Bayraq dirəyinin sökülmə səbəbi açıqlandı

04.04.2018 15:36:30

Maraqlı

"Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub".


 APA   xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov bildirib.

A. Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib