Dərc edilib: 04-04-2018

https://www.nuh.az/15470-.html

BSU-nun tələbələri “Tələbə baharı” seçim turunun qalibi olublar

04.04.2018 19:57:01

LIVE

Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” adlı Ümumrespublika tələbə yaradıcılıq festivalı təşkil olunur. Festivalın keçirilməsinin məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək,  yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.Aprelin 2-də və 3-də  “Tələbə baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalının seçim mərhələsi olub. Seçim turunda Bakı Slavyan Universitetinin “Arzu” rəqs ansamblı xoreoqraf  Əli Natiqoğlunun rəhbərliyi ilə millli rəqs nominasiyası və Vals  nominasiyası üzrə 2-ci yeri qazanıb. Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin III kurs tələbəsi Namiq Fərəcov vokal müəllimi Səbinə Mehdiyavanın rəhbərliyi ilə rok-vokal nominasiyası üzrə 3-cü yerin qalibi olub.Qeyd edək ki, festivalın qala konserti aprelin 25-də keçiriləcək. Qaliblər fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılacaqlar.BSU-nun Mətbuat xidməti

NUH informasiya agentliyi səhifəsindən çap edilib