Dərc edilib: 05-04-2018

https://www.nuh.az/15471-.html

Uşağın yaşa uyğun boyunu və çəkisini öyrənin - CƏDVƏL

05.04.2018 09:44:58

Dünya

Valideynlər arasında övladlarının boyu və inkişafı ilə əlaqədar kifayət qədər narahatçılıqlar var.

Bəzən uşaqların bir qismində fiziki inkişafdan geri qalma müşahidə olunur. Məsələn, 8 yaşı olan uşağa 5-6 yaşda nəzərdə tutulmuş geyim alınır.

Bu gün orta boy səviyyəsi kişilər üçün 175-177 sm, qadınlar üçün isə 163-166 sm hesab olunur.

Gəlin, inkişafdan ləngimənin əsas səbəblərini araşdıraq və boyu artırmaq üçün nəzərdə tutulmuş prinsiplərdən yararlanaq.

Boyun ləngiməsinə təsir edən əsas səbəblər:

1. Uşaqda hər hansı xroniki xəstəliklərin olması

2. Qeyri-rasional birtərəfli qidalanma

3. Orqanizmdə qurd-parazitin olması

4. Fiziki hərəkətsizlik - hipodinamiya

5. Psixoloji travmalar

6. Boy hormonunun defisiti

7. İrsiyyət

Uşağın boyunu artırmaq üçün nə etməli?

1. Düzgün balanslanmış qida: rasionda meyvə-tərəvəzi, dənli bitkiləri, süd məhsullarını, yumurtanı, ət-balığı artırmaq, xəmir xörəklərini, şirniyyatı, konservantları isə azaltmaq lazımdır. Rasionu xüsusən kalsium, sink, A, E, D vitaminləri ilə zənginləşdirmək məsləhətdir. Sink mineralı, əsasən oğlan uşaqlarının boy artımına və ümumi inkişafına müsbət təsir göstərir. Mal əti, quş əti, boranı tumları, buğda kəpəyi və paxla bitkiləri sink ilə daha zəngindir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib