Dərc edilib: 05-04-2018

https://www.nuh.az/15480-.html

AXC dövrünün əskinasları satışa çıxarıldı: 1 ədədi 10 manata

05.04.2018 16:24:48

Reportaj

Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid əskinaslar satışa çıxarılıb.
Qaynarinfo xəbər verir ki, 1920-ci ilin əvvəllərində dövriyyəyə buraxılmış 500 manatlıq pul vahidlərinin bir ədədi 10 manata satılır.
Məlumatda qeyd olunur ki, əskinazların üzərində Azərbaycan Respublikasının və nominalın adı Azərbaycan, rus və fransız dillərində verilib. Burada əsas məqsəd uzun illər Rusiya kağız pullarına öyrəşən əhalinin hələ də dövriyyədə qalan Rusiya rubluna nisbətdə tədricən yeni milli Respublika puluna inancını qazanmaq olub.
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib