Dərc edilib: 06-04-2018

https://www.nuh.az/15484-.html

Fazil Məmmədov infarkt keçirib ?

06.04.2018 15:09:31

Hadisə

Dünən bir sıra saytlarda sabiq vergilər naziri Fazil Məmmədovun infarkt keçirməsi və onun ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumat yayılmışdı.

 bizimyolinfo.com saytı yayılan məlumatla bağlı keçmiş vergilər naziri ilə əlaqə saxlayıb. F. Məmmədov açıqlamasında məlumatın yalan olduğunu bidirib. “Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldı. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”,- deyə Fazil Məmmədov bildirib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib