Dərc edilib: 06-04-2018

https://www.nuh.az/15492-.html

Hakim Leyla Şıxlinskayanın məktubunu qəbul etmədi

06.04.2018 19:14:11

İdman

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə elan edilib ki, L.Şıxlinskaya məhkəməyə məktub göndərərək işləri ilə əlaqədar olaraq gələ bilməyəcəyini bildirib. Hakim isə bu məktubun qəbul edilməyəcəyini, L.Şıxlinskayanın məhkəmədə iştirak edərək ifadə verməsi və suallara cavab verməsinin təmin edilməsinə görə ona yenidən bildiriş göndəriləcəyini bildirib. 

Daha sonra Şıxlinskayanın klinikasında işləyən həkimlər ifadə verərək maaşı hansı formada aldıqlarından danışıblar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib