Dərc edilib: 07-04-2018

https://www.nuh.az/15497-.html

Rusiyada dəhşətli yanğın - 6 ölü

07.04.2018 10:25:53

Region

Rusiyanın Ussuriysk şəhərində yanğın hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Məlumata əsasən, fərdi evin yanması nəticəsində 4 qadın və 1 uşaq həlak olub. Xəsarət alan kişi isə xəstəxanada dünyasını dəyişib.

İlkin ehtimala görə, yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib