Dərc edilib: 07-04-2018

https://www.nuh.az/15506-.html

“Onun siyasi karyerası bitəcək” - Ərdoğandan sərt açıqlama

07.04.2018 18:42:32

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifət lideri Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu sərt tənqid edib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, Ərdoğan Kılıçdaroğlunun daha öncəki seçkilərdə verdiyi sözü xatırladıb və bunları deyib:

“Bu şəxs 15 iyul inqilaba cəhd hadisələrinə “teatr” deyərək millətimizi təhqir edib. Ağzını yaxşı yaxalamalıdır. Bu şəxs məğlub olduğu hər seçkidən sonra xalqımızı günahlandırır. Seçkilərdən öncə verdiyi sözləri də unudur. İnşallah 2019c-u ilin noyabrındakı seçkilərdən sonra onun siyasi karyerası bitəcək”.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib