Dərc edilib: 07-04-2018

https://www.nuh.az/15508-.html

Almaniyada terror: 3 ölü, 30 yaralı var

07.04.2018 19:36:59

Kriminal

"RİA Novosti"nin məlumatına görə, Münster şəhərindəki hadisə zamanı 3 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
***19.05
 
Almaniyanın Münster şəhərində sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. 
Qaynarinfo xəbər verir ki, polis çox sayda insanın öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb. 
Polis dərhal genişmiqyaslı əməliyyata başlayıb. Olayla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib. Bir polis rəsmisi Münsterin qədim şəhər hissəsində əməliyyatın aparıldığını təsdiq edib.
"Spiegel" dərgisi avtomobili insanların üzərinə sürən şəxsin özünü öldürdüyünü iddia edib. İddia hələlik təsdiqlənməyib. 
Polis "Twitter" vasitəsi ilə insanları ərazidən uzaq durmağa çağırıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib