Dərc edilib: 08-04-2018

https://www.nuh.az/15509-.html

“WhatsApp”ın funksiyası Feysbuka gəlir - İsmarışları silə biləcəksiniz

08.04.2018 10:24:40

Dünya

Feysbuk ismarışlara “Unsend” düyməsini əlavə etməyi planlaşdırır.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, şirkət təmsilçiləri 6 apreldə verilən açıqlamada Mark Zukerberqin göndərdiyi ismarışları sildiklərini etiraf ediblər. Onlar bunu təhlükəsizlik baxımından etdiklərini bildiriblər.

Məlumdur ki, adi istifadəçilər də çatlarda göndərdikləri ismarışları poza bilərlər. Lakin fərq ondan ibarətdir ki, adi insanların pozduqları ismarışlar yalnız öz hesablarından silinir. İsmarışları qəbul etmiş şəxsin hesabında isə onlar qalər.

Məlumata görə, “Unsend” düyməsi aktiv edilərsə göndərilən ismarışları digərlərinin də cihazından silmək mümkün olacaq.

Qeyd edək ki, sözügedən funksiya bir müddətdir “WhatsApp”da aktivdir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib