Dərc edilib: 09-04-2018

http://www.nuh.az/15529-.html

Dollar kreditlərinin taleyi müzakirə olunur

09.04.2018 16:11:15

Cəmiyyət

Mərkəzi Bank uçot dərəcəsinin 13 faizdən 11 faizə,  faiz dəhlizinin yuxarı və  aşağı həddinin müsbət və mənfi 3   faizə endirilməsi barədə qərar qəbul edib.

"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş  mətbuat konfrasında deyib.

O, qeyd edib ki, bu qərar ölkədə makroiqtisadi sabitliyin artırılmasına yönəlib:

"Ötən il inflyasiya birrəqəmli olub. Bu ərzaq məhsullarında 4,5 faiz qeyri- ərzaq məhsulları üzərində 4,3 faiz üzərində olub. Ticarət balansı xidmət balansında 2,2 milyard artıb. Birinci rübdə manatla pul bazası isə 11 faiz artıb".

MB sədri manatın məzənnəsindən də danışıb. O qeyd edib ki, ölkədə valyuta auksionlarının əksəriyyətində təklif tələbi üstələyib: "Biz buna görə də Azərbaycan valyutasının ucuzlaşmasında heç bir səbəb görmürük . Həm də nəzərə alaq ki ötən ilə nisbətən bu dövrdə neftin qiyməti 25 faiz yüksək olub".

E. Rüstəmov həmçinin qeyd edib ki, son 3 ayda milli valyutanın real effektiv məzənnəsi ucuzlaşıb: " Valyuta bazarında kifayət qədər qorxulu heç nə görmürük. Bankları stimullaşdırmaq istəyirik ki, onlar bunu kreditləşdirməyə yönəltsinlər. Pul var, likvidlik səviyyəsi artır. AMB birinci rübdə 11 faiz pul bazasımı artırıb. Devalvasiyadan sonra bu artım 65 faiz deməkdir. Biz məzənnənim çevikliyini artırmaq istəyirik".

E. Rüstəmov əhalinin dollarla olan kreditlərindən də danışıb. O qeyd edib ki, köhnə kreditlər məsələsi hökumətin diqqətindədir: "Müvafiq araşdırmalar aparılır. Yəqin ki araşdırmalar bitəndən sonra qərar qəbul oluna bilər".

***

Baş bankir onu da vurğulayıb ki, Mərkəzi Bank uzun müddətdir ki, banklara kredit vermir:” Biz əksinə, banklara notlar satırıq və onlar gəlir əldə edirlər. Çünki bizim kiçik portfelimiz var”. Onun sözlərinə görə, ölkənin valyuta ehtiyatları 2,2 milyard artaraq 44 milyardı keçib:” İlin sonuna ehtiyatların artması gözlənilir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib