Dərc edilib: 10-04-2018

https://www.nuh.az/15537-.html

BMT-də Suriya müzakirəsi: ABŞ, İngiltərə, Fransa salonu tərk etdi (FOTO)

10.04.2018 12:23:24

Dünya

BMT Suriyanın Şərqi Quta ərazisindəki Duma şəhərində kimyəvi silah istifadəsini müzakirə etmək üçün iclas keçirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın BMT-dəki daimi təmsilçisi Nikki Heyli hadisə barədə "Sadəcə canavar bunu edə, mülki vətəndaşları hədəf ala bilər. ABŞ buna görə cavab verəcək" fikrini səsləndirib.
Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzia ABŞ-ın Suriyaya müdaxiləsinin ciddi nəticələr verəcəyini bildirərək xəbərdarlıq edib və ABŞ, Fransa, İngiltərəni Suriyada Rusiyaya qarşı aqressiv münasibət göstərməkdə ittiham edib.
Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri çıxış edən zaman ABŞ, Fransa və İngiltərə təmsilçiləri salonu tərk edib. 
Qeyd edək ki, ötən günlərdə Dumaya təşkil edilən kimyəvi silah hücumunda çox sayda insan dünyasını dəyişmişdi. ABŞ daxil olmaqda bir çox ölkə hücumlarda Suriya və onu dəstəkləyən Rusiyanı günahlandırır.
Hazırda Suriyada vətəndaş müharibəsi davam edir və Duma şəhəri müxaliflərin nəzarətindədir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib