Dərc edilib: 12-04-2018

https://www.nuh.az/15556-.html

MSK ilkin nəticələri açıqladı - İlham Əliyev 86 faiz səs toplayıb

12.04.2018 12:39:20

Hadisə

Bu gün keçirilən prezident seçkilərində 125 seçki dairəsi üzrə 5 min 641 seçki məntəqəsindən 5 min 201  seçki məntəqəsi, yəni seçki məntəqələrinin 92,2 faizi hesabat verib.
 

“Qafqazinfo”nun məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bunu bu gün keçirilən mətbuat konfransında bildirib.
 
MSK sədri deyib ki, 3 milyon 959  min 553 bülletendən 3 milyon 723 min 278 bülleten sayılıb. Beləliklə, emal olunmuş bülletenlərə əsasən İlham Əliyev 86 faiz, Qüdrət Həsənquliyev 3,04  faiz, Sərdar Cəlaloğlu 3,02 faiz, Zahid Oruc 3,11 faiz, Hafiz Hacıyev 1,51 faiz, Araz Əlizadə 1,39  faiz, Fərəc Quliyev 1,18  faiz və Razi Nurullayev 0, 75 faiz səs toplayıb.
 
Qeyd edək ki, prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959  min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib