Dərc edilib: 13-04-2018

https://www.nuh.az/15566-.html

Pentaqondan Türkiyəyə S-400 kompleksinə alternativ təklifi

13.04.2018 09:48:00

Dünya

Pentaqon rəsmi Ankaraya Rusiya istehsalı olan S-400 raket kompleksini almağı məsləhət görmür və onlara alternativ təklif etməyə hazırdır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbr verir ki, bunu ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.

Onun sözlərinə görə, S-400 raket kompleksi NATO maraqlarına cavab vermir.

Pentaqon rəhbəri hazırda Vaşinqtonun rəsmi Ankara ilə danışıqlar apardığını və Şimali Atlantika Alyansının standartlarına cavab verən alternativ kompleks təklif etməyə hazır olduğunu da vurğulayıb.

Qeyd edək ki, aprel görüşləri zamanı Ərdoğan və Putin S-400 kompleksinin Türkiyəyə çatdırılma prosesini sürətləndirməyə qərar veriblər.

NUH informasiya agentliyi səhifəsindən çap edilib