Dərc edilib: 13-04-2018

https://www.nuh.az/15570-.html

Azad Respublikaçılar Partiyası bəyanat verdi

13.04.2018 13:44:31

Reportaj

Azad Respublikaçılar Partiyası bəyanat verdi.
 Seçkidə heç bir ciddi qanun pozuntusu olmayıb.
   Azad Respublikaçılar Partiyasının İdarə Heyəti 11.04.2018-ci il tarixdə keçirilmiş Prezident seçkiləri ilə əlaqədar olaraq bəyanat yaymışdır. Bəyanatda deyilir: “Azad Respublikaçlar Pariyasının Müşahidə Qrupu bir çox dairə və məntəqələrdə seçkinin gedişini izləmiş və beynəlxalq təşkilatlardan gəlmiş nümayəndələrlə birgə əhali ilə təmasda olmuşlar. Qrup üzvləri Azərbaycanda keçirilən Prezident seçkilərinin tam demokratik şəraitdə baş tutduğunu, həmçinin seçki prosesinin beynəlxalq standartlara tam uyğun olduğunun şahidi olmuşlar. Onlar seçki prosesinə mənfi təsir edəcək hər hansı bir amillə qarşılaşmamış və heç bir ciddi qanun pozuntusu qeydə almamışlar. Qrup üzvləri seçkilərin şəffaf və demokratik şəkildə keçirildiyini bəyan edərək, Azərbaycan xalqının öz inamlı gələcəyinə, bütün sahələrdə qazanılmış uğurlarına səs verdiyini bildirib. Onlar bu təmiz və şəffaf qələbədə Azərbaycan xalqının öz böyük oğluna olan inamının, qədirbilən xalqımızın ona olan etimadının böyük rol oynadığını qeyd ediblər”. Bəyanatda daha sonra deyilir: “Həm Azərbaycanda, həm də xaricdə yaşayan insanlarımızın İlham Əliyevin ətrafında sıx birləşməyinin fərqindəyik. Biz Azad Respublikaçılar Partiyası olaraq ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına görə, cənab İlham Əliyevə borcluyuq. Bütün xalqımız kimi biz də əminik ki, İlham Əliyevin həyata keçirdiyi düzgün siyasi xətt ancaq bir ali məqsədə – Azərbaycanımızın daha gözəl, daha da qüdrətli olmasına xidmət edəcək. Inanırıq ki, ölkəmizin bugünkü iqtisadi inkişafı son nəticədə torpaqlarımızın erməni separatçılarından azad edilib, ərazi bütövlüyümüzün bərqərar olmasına gətirib çıxaracaq”.
ARP-nin Mətbuat Xidməti
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib