Dərc edilib: 13-04-2018

https://www.nuh.az/15574-.html

Hadı Rəcəblidən qələbə rəqsi - Video

13.04.2018 17:21:31

Region

Azərbaycanda aprelin 11-də keçirilən prezident seçkilərində prezident İlham Əliyevin yenidən xalqın böyük etimadını qazanaraq dövlət başçısı seçilməsi ölkəmizin hər yerində bayram əhval-ruhiyyəsi yaradıb.

 

 Virtualaz.org   xəbər verir ki, belə şənliklərdən biri də Xətai rayonu dairə seçki komissiyasının qarşısında olub. Seçkinin nəticələrinin elan edilməsindən sonra ora toplaşanlar şən musiqi sədaları altında rəqs ediblər. Bunların arasında deputat Hadı Rəcəbli də olub. O, İlham Əliyevin qələbəsindən duyduğu sevinci rəqs etməklə ifadə edib. Deputat aşıq Əhlimanın oxuduğu “Sənin kimi gözəl sona, hansı dəryada, göldə var...” mahnısının sədaları altında rəqs edib. Hadı Rəcəblinin digər deputatların əhatəsində bayram rəqsinin videogörüntüləri sosial şəbəkələrdə sürətlə populyarlıq qazanıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib