Dərc edilib: 15-04-2018

https://www.nuh.az/15589-.html

Qubaya 55 sm hündürlüyündə qar yağdı

15.04.2018 12:08:56

Region

Qubanın ucqar dağ kəndlərinə qar yağıb.

 "Report”   xəbər verir ki, ötən günün ikinci yarısından başlayan güclü yağış gecə saatlarında qar ilə əvəzlənib.
Yağıntı Qalaxudat, Qrız, Buduq, Zeyid və Xınalıq kəndlərində qeydə alınıb. Xınalığa düşən qarın hündürlüyü 55 santimetrə çatır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib