Dərc edilib: 15-04-2018

https://www.nuh.az/15595-.html

Bakıda daha bir süpürgəçi qadını maşın vurdu

15.04.2018 19:28:49

Reportaj

Paytaxtda yol təmizləyən qadını avtomobil vuraraq öldürüb.


“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Məlumata görə, 15:00 radələrində Atatürk prospektində şəxsiyyəti hələlik məlum olmayan süpürgəçi qadını avtomobil vurub. Ağır xəsarət alan qadın yerindəcə keçinib.

Hadisə yerindəki şahidlər iddia ediblər ki, polislər qadının üzərindəki süpürgəçi olduğunu bildirən fərqləndirici jileti çıxarıblar. Onun yol təmizləyən olduğunun bilinməməsi üçün belə edildiyi bildirilir.

Xatırladaq ki, martın 28-də aeroport yolunda süpürgəçi Cəmilə Salahova yol süpürərkən “Kamaz”la vurularaq öldürülmüşdü.

Həmin hadisədən sonra  Bakı şəhər Dövlət Yol polisi İdarəsi şəhərin küçələrində kommunal-təsərrüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə xüsusi jiletlər verilmişdi. Jiletlərin işıqqaytarma funksiyası olduğu üçün sürücülərin onları zamanında görəcəyi və qəzanın qarşısını alacağı düşünülürdü.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib