Dərc edilib: 17-04-2018

https://www.nuh.az/15613-.html

Balıq tutmağa çıxan şəxs yoxa çıxıb - FHN axtarışa başladı

17.04.2018 10:29:29

Mədəniyyət

Bakıda balıq tutan şəxs yoxa çıxıb.

"Qafqazinfo" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dünən balıq tutmaq məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu ərazisindən dənizə çıxmış 1989-cu il təvəllüdlü Həmidzadə Şəhriyar Paşa oğlu geri qayıtmayıb.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. 

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib