Dərc edilib: 19-04-2018

https://www.nuh.az/15654-.html

“Rahat” marketlər şəbəkəsi: "Qaçan şəxs qaranlıqda yıxılıb, onu mühafizəçilər döyməyib" (VİDEO)

19.04.2018 23:39:22

Hadisə

"Rahat” marketlər şəbəkəsi mağazadan oğurluq edən şəxsin döyülməsi ilə bağlı bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.
Marketlər şəbəkəsindən "Report”a bildirilib ki, oğurluq edən şəxsin döyülməsi ilə bağlı yazılanlar doğru deyil:
 
"Həmin şəxs mağazadan 19 ədəd "Alpen Gold” şokoladı götürüb. O, şokoladları gizlədərək çıxmaq istəyərkən əməkdaşlarımız onu mağazaya dəvət edib. Lakin naməlum şəxs qaçmağa başlayıb. Hadisə axşam, hava qaralandan sonra baş verib. Qaçan şəxs qaranlıqda yıxılıb. Yıxılanda onun qaşının üstü əzilib. Yəni, həmin şəxsin market əməkdaşları tərəfindən döyülməsi qeyri-mümkündür. Çünki "Rahat”da mühafizəçilərin kimisə döyməsi, vurması qəti qadağan olunub”.
Marketlər şəbəkəsindən bildirilib ki, həmin şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarına təhvil verilib:
 
"Bunu sübüt edən görüntülər də var”.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib