Dərc edilib: 20-04-2018

https://www.nuh.az/15670-.html

46 qıza təcavüz edən falçı ilə bağlı araşdırma başladı

20.04.2018 19:39:50

Cəmiyyət

Xəbər verdiyimiz kimi, Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızlar falçı tərəfindən təcavüzə məruz qalıblar. Baş vermiş hadisə haqda hüquq-mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə məlumat verilib.

Hüquq-mühafizə orqanlarından Oxu.az-a verilənə xəbərə görə, faktla bağlı artıq araşdırma başlayıb.

“İddialar öz əksini tapsa həmin şəxs cinayət məsuliyyətinə cəlb ediləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır”, - deyə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib