Dərc edilib: 21-04-2018

https://www.nuh.az/15678-.html

“Yeni yaradılan “Media klub” Mətbuat Şurasına alternativ deyil”

21.04.2018 10:55:08

Müsahibə

Azərbaycanın müstəqil media ictimaiyyətinin bir qrup nümayəndəsi tərəfindən "Media klub” yaradıldığı elan edilib.
Bu barədə "Ölkə.Az”a açıqlamasında "Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məlumat verib. 
Klubun yaradılmasında özünün də yaxından iştirak etdiyini vurğulayan E.Şıxlı bildirib ki, klubun əsas məqsədi Azərbaycanda müstəqil və sağlam informasiya məkanının formalaşdırılması, mediada mövcud olan problemlərin müzakirəsidir:
"Biz bu müzakirələr nəticəsində hər hansı jurnalist araşdırmaları aparacağıq. Misal üçün, mediada etik normaların pozulması və digər məsələlərlə bağlı müzakirələr və araşdırmalar aparılacaq. Konkret göstərəcəyik ki, filan televiziya verilişində, radioda və məqalədə etik normalar pozulub. Biz də etik normaların nəyə görə pozulduğunu göstərəcəyik”.
E.Şıxlı deyib ki, klubda vəzifə bölgüsü olmayacaq: 
"Klubda sədr və ya digər vəzifələr olmayacaq. Hamı eyni səlahiyyətdə müzakirələr aparacaq. Klub isə müzakirələrə açıq olacaq”.
E.Şıxlı klubun fəaliyyətinin Mətbuat Şurasına alternativ kimi yaradılmadığını söyləyib:

NUH informasiya agentliyi səhifəsindən çap edilib