Dərc edilib: 21-04-2018

https://www.nuh.az/15680-.html

Parlament yeni baş naziri təsdiqlədi- Novruz Memmedov

21.04.2018 13:42:42

Cəmiyyət

Bu gün Milli Məclisin plenar iclası keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycanın yeni baş naziri təsdiqlənəcək.

Qeyd edək ki, Azərbaycanda hazırkı baş nazir Artur Rəsizadə 1996-cı ildən bu vəzifəni icra edir

83 yaşlı baş nazirin uzun müddət vəzifədə qalması ictimaiyyət nümayəndələri arasında  tez-tez müzakirələrə səbəb olurdu.  

****

Hazırda İlham Əliyev Artur Rəsizadə ilə görüşərək uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyinə görə təşəkkür edib.

Bir neçə saatdan sonra isə Azərbaycanın yeni baş nazirinin adı məlum olacaq. 

Onu da qeyd edək ki, bu gün seçiləcək şəxs Azərbaycanın 28-ci baş naziri olacaq.

***

Deputat Zahid Oruc yeni baş nazirin adını açıqlayıb. O, Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədovdur.

***

Bu dəqiqələrdə Milli Məclisin Azərbaycanın yeni baş nazirinin təsdiqlənməsi ilə bağlı xüsusi iclası başlayıb. “Qafqazinfo” xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov qeyd edib ki, biz hamımız aprelin 11-də ölkədə  baş verən hadisənin hələ də sevincini  yaşayırıq: “ Demokratik və ədalətli seçkilərdə İlham Əliyevin yenidən prezident seçilməsi xalqın ona verdiyi önəmin böyük nəticəsidir. Onu təbrik edək və işində uğurlar arzulayaq”. 

Bu məsələ deputatlara tərəfindən  alqışlarla qarşılanıb.

Spiker həmçinin qeyd edib ki, prezident öz inaqurasiya mərasimini Milli Məclisdə keçirdi: “ Bu da onun Milli Məclisiə etimadının nəticəsidir”. Daha sonra spiker deyib ki, deputatlar adından prezidentə  təbrik məktubu göndərək.

Sonra spiker dövlət başçısının Milli Məclisə göndərdiyi məktubun mətnini oxuyub. Mətndə bildirilir ki, Novruz Məmmədovun baş nazir vəzifəsi postuna təqdimatına Milli Məclisdə baxılsın.

***

Təqdimatdan sonra deputatlar Novruz Məmmədovla bağlı fikirlərini bildiriblər. 

Deputat Səməd Seyidov qeyd edib ki, N. Məmmədov müasir dövrün tələblərinə cavab verən müasir bir insandır:

“Dünyanın müasir diillərində ünsiyyət qurmaq və əlaqələr yaratmaq qabiliyyətinə malikdir. O, bir ziyalıdır, yüksək əxlaqa malik sədaqətli insandır. O, digər məmurlar üçün də örnəkdir”.

***

Deputatlar Novruz Məmmədovun baş nazir postuna namizədliyini təsdiq ediblər

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib