Dərc edilib: 21-04-2018

https://www.nuh.az/15683-.html

Baş nazirə yeni müavin təyin olundu

21.04.2018 16:07:25

İqtisadiyyat

Xəbər verdiyimiz kimi, 2017-ci ildən Azərbaycan Respublikası Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri çalışan Novruz İsmayıloğlu Məmmədov baş nazir vəzifəsinə təyin olunub. 
Sfera.az-ın hakimiyyət dairələrindən aldığı məlumata görə, baş nazirin iqtisadi məsələlər üzrə yeni muavini Vahid Əhmədovolacaq. Məlumatı dəqiqləşdirmək üçün millət vəkili ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
 
Xatırladaq ki, Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib