Dərc edilib: 21-04-2018

https://www.nuh.az/15688-.html

Prezident yeni nazirləri təsdiq etdi

21.04.2018 17:41:49

Siyasət

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiq edib.

“Qafqazinfo” xəbər verir ki, yeni tərkibdə aşağıdakı şəxslər yer alıblar:

1. Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

2. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

3. Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov

4. Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

5. Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

6. Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

7. Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

8. Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

9. Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

10. Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

11. Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

12. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

13. Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

14. Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

15. Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

16. Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

18. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

19. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

20. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

21. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.

NUH informasiya agentliyi səhifəsindən çap edilib