Dərc edilib: 21-04-2018

https://www.nuh.az/15689-.html

3 nazir vəzifəsindən azad edildi

21.04.2018 17:55:50

Günün sitatı

İlham Əliyev Nazirlər Kabinetinin tərkibini təsdiqləyib.
Dövlət başçısı bəzi yüksək rütbəli məmurları vəzifədən azad edib.
Dövlət başçısı Sahil Babayevi əmək və əhalinin sosial müdafiəsi naziri təyin edib. O,bu postda Səlim Müslümovu əvəz edib.
"ASAN Xidmət"in rəisi İmkan Kərimov kənd təsərüfatı naziri olub. İndiyədək bu vəzifəni Heydər Əsədov tuturdu.
Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə rəhbər təyin edilib. O, bu postda Əli Həsənovu əvəzləyib.
Samir Nuriyev isə Dövlöt Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin edilib. O, indiyədək Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri idi.

NUH informasiya agentliyi səhifəsindən çap edilib