Dərc edilib: 22-04-2018

https://www.nuh.az/15705-.html

Zeynəb Xanlarovanın oğlu: "Anam Novruz Məmmədova görə çox sevindi "

22.04.2018 16:42:24

Maraqlı

"Prezident İlham Əliyevin Nazirlər Kabineti ilə bağlı etdiyi dəyişiklikləri alqışlayırıq. Zamanında edilən dəyişikliklərdir”.

 Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev deyib.
O, bildirib ki, Nazirlər Kabinetindəki dəyişikliyi Zeynəb Xanlarova da yüksək qiymətləndirib.
"Zeynəb xanım hər zaman Azərbaycanda gedən inkişafı dəstəkləyib. O, Sovet dövründən bu günə kimi Azərbaycan xalqına xidmət edib. Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında baş verən yenilikləri yüksək qiymətləndirib. O, prezident İlham Əliyevin növbəti 7 il üçün prezident seçilməsi və yeni hökumət üzvləri ilə birgə xalqa xidmət edəcəyinə çox sevindi. Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun ölkənin yeni baş naziri vəzifəsinə namizədliyinin təsdiqlənməsinə isə hamılıqla çox şad oldu. Novruz Məmmədovun uğurlu seçim olduğundan əmindir”

NUH informasiya agentliyi səhifəsindən çap edilib