Dərc edilib: 22-04-2018

https://www.nuh.az/15713-.html

Atatürkün büstü təhqir edildi (FOTO)

22.04.2018 23:34:09

Mədəniyyət

Türkiyənin Təkirdağ əyalətinin Şarköy qəsəbəsində istifadə olunmayan müəllimlər evinin həyətində yerləşən Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün büstü təhqir edilib.
Qaynarinfo Doğan Xəbər Agentliyinə istinadən xəbər verir ki, naməlum şəxslər heykəlin gözünü qırmızı rəngə boyayıb, büstün yanında cümhuriyyətçilik, xalqçılıq, millətçilik, dövlətçilik və inqilabı özündə etiva edən kitabçaları isə qırıblar.
Şarköy polis idarəsi faktla istintaq başladıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib