Dərc edilib: 23-04-2018

https://www.nuh.az/15716-.html

“Digərləri də Azərbaycana gətiriləcək”

23.04.2018 13:11:58

Müsahibə

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı eks həmkarı Hüseyn Abdullayevin  Azərbaycana gətirilərək həbs edilməsindən danışıb. 

O, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, kimliyindən asılı olmayaraq  kim  Azərbaycan qanunvericiliyini pozursa və cinayət əməlinə yol verirsə, o cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Hüseyn Abdullayev də qanunvericiliyi pozubsa ona hər hansı istisnalar ola bilməz. Bu fakta xüsusi yanaşma sərgiləməməliyik. Düşünürəm ki, məsələni fərdi müstəvidə izah etməyə ehtiyac yoxdur. 

Mənə elə gəlir ki, onun həbsini indiki situasiya ilə əlaqələndirmək düzgün deyil. Sadəcə olaraq hüquq- mühafizə orqanlarının uzun müddətdən sonra aparmış olduğu araşdırmalar təsadüfən indiki zamana düşdü. Bu təsadüfi bir uyğunluqdur. Hüseyn Abdullayev elə xüsusi çəkiyə malik deyil. O bir Azərbaycan vətəndaşıdır və  başqaları kimi müəyyən qanun pozuntularına yol verib. Harda yaşamasından asılı olmayaraq digər şəxsləri də əminəm ki, hüquq-mühafizə orqanlarımız Azərbaycana gətirəcək və onların da qanun qarşısında cavab verməsinə nail olacaqlar. 

Hüseyn Abdullayev artıq sabiq deputatdır. Onun toxunulmazlığı vaxtilə aradan götürülüb. Ona görə də “Deputatın toxunulmazlığı haqqında” qanun eks deputatların heç birinə tətbiq olunmur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib