Dərc edilib: 23-04-2018

https://www.nuh.az/15719-.html

İcra başçısı vəfat etdi

23.04.2018 14:25:51

Cəmiyyət

Yardımlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizami Hüseynov 66 yaşında dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, mərhumun vəfat etməmişdən öncə insult keçirdiyi bildirilir.
Hüseynov Nizami Səfər oğlu 1952-ci ildə iyul ayının 22-də Lerik rayonunun Züvüç kəndində anadan olub. O,1958-ci ildə Züvüç kənd səkkizillik natamam orta məktəbinin 1-ci sinfinə daxil olub, 1966-cı ildə həmin məktəbi bitirib.
Nizami Hüseynov 1972-ci ildə Neft-Kimya İnstitutunun Energetika fakültəsinin axşam şöbəsinə daxil olur. 1973-1975-ci illərdə hərbi xidmət keçir,  1981-ci ildə ali təhsilini tamamlayır. Axşam şöbəsində oxuduğu üçün həm də işləmək imkanı var idi. O,1976-1992-ci illərdə Sumqayıt şəhər 49 saylı orta –ixtisas məktəbində müəllim və direktor işləyib. 
1992-1993-cü illər arasında Yardımlı rayonu İcra hakimiyyətinin  başçısı vəzifəsində çalışıb. 1997-2005-ci illər arasında Sumqayıt Şəhər Elektrik Şəbəkəsi İdarəsində aparıcı mühəndis və satış rəisi işləyib. 2008-2010-cu illər arasında Cəlilabad rayonunun Elektrik Şəbəkəsi İdarəsində satış üzrə aparıcı mühəndis vəzifəsində çalışıb.
2013-cü ildən isə Biləsuvar rayonundakı Su Sistemlər İdarəsində mühəndis işləyirdi. O, uzun sürən xəstəlikdən sonra 2018-ci il aprel ayının 19-da dünyasını dəyişib.
Allah rəhmət eləsin.

NUH informasiya agentliyi səhifəsindən çap edilib