Dərc edilib: 23-04-2018

https://www.nuh.az/15721-.html

İrəvanda hərbçilər etirazçıların tərəfinə keçdi (VİDEO)

23.04.2018 14:59:11

Region

Ermənistanda Serj Sarkisyan əleyhinə etiraz aksiyaları davam edir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt İrəvanda hərbçilər də aksiyaçıların tərəfinə keçiblər.
Təqdim etdiyimiz videodan da aydın görünür ki, etiraz edən tələbələr arasında hərbçilər də var və onlar etirazçılarla birgə hərəkət edirlər.
Qeyd edək ki, 11 gündür ki, davam edən aksiyalarda etirazçıların tələbi baş nazir təyin olunan Serj Sarkisyanın vəzifəsindən istefa verməsidir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib