Dərc edilib: 24-04-2018

https://www.nuh.az/15730-.html

Dövlət Gömrük Komitəsinin yeni sədri

24.04.2018 09:45:14

Hadisə

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyinatı haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəyə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Məmməd oğlu Mehdiyev təyin edilib.

Qeyd edək ki, bundan öncə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini Aydın Əliyev daşıyırdı.

Məlumat üçün bildirək ki, Səfər Mehdiyev 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub.

1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirib.

2004-2006-cı illərdə Dövlət Gömrük Komitəsinin sədr müavini, 2006-cı ildən bu günə qədər isə birinci müavini vəzifəsini icra edib.

Ailəlidir, 2 övladı var.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib