Dərc edilib: 24-04-2018

https://www.nuh.az/15739-.html

Torontoda erməni terroru: 10 ölü, 15 yaralı

24.04.2018 16:27:09

İdman

Kanadanın Toronto şəhərində sürücü yük maşınını piyadaların üzərinə sürüb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb. Alek Minasyan adlı şəxs şübhəli qismində saxlanılıb. Erməni əsilli 25 yaşlı Minasyan hadisəni kirayəyə götürülmüş yük maşını ilə törədib. O, Riçmond Hill qəsəbəsindən Torontoya gəlib. 
Cinayətin əvvəlcədən planlaşdırıldığı və məqsədli şəkildə törədildiyi güman edilir.
Aleks Minasyan polis tərəfindən saxlanılıb və istintaq prosesinə start verilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib