Dərc edilib: 24-04-2018

https://www.nuh.az/15745-.html

Azərbaycanda xanım nazir təyin edildi

24.04.2018 23:50:11

Cəmiyyət

Qaynarinfo xəbər verir ki, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı fərmana əsasən, nazir postu Natəvan Tofiq qızı Qədimovaya həvalə olunub.
Natəvan Qədimova bundan əvvəl Naxçıvanın mədəniyyət və turizm naziri vəzifəsində çalışıb.
Qeyd edək ki, Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Mədəniyyət Nazirliyi və Turizm Departamenti yaradılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib