Dərc edilib: 25-04-2018

https://www.nuh.az/15747-.html

ABŞ-dan Nikol Paşinyana ilk dəstək

25.04.2018 12:30:47

Region

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hezer Nauert Amerika hökuməti adından Ermənistanda bütün tərəfləri konstruktiv dialoqa çağırıb. 

"Qafqazinfo" xəbər verir ki, onun sözlərinə görə, önümüzdəki günlər Ermənistan xalqı və onların seçilmiş liderləri üçün tarixi andır. 

Belə ki, onlar yeni hökumətin formalaşdırılması prosesinə başlayırlar:

“Biz bütün tərəfləri hakimiyyətin dinc yolla ötürülməsini təmin etmək üçün Ermənistan konstitusiyası çərçivəsində konstruktiv dialoqa çağırırıq”. 

Nauret, həmçinin qeyd edib ki, ABŞ bütün sahələrdə yeni hökumətlə sıx əməkdaşlığın başlamasını səbirsizliklə gözləyir. 

Qeyd edək ki, ABŞ Dövlət Departamenti bu açıqlaması ilə Ermənistanda hələ qurulmayan yeni hökuməti və müxalif fraksiyasının lideri, etiraz aksiyalarının təşkilatıçısı Nikol Paşinyanı dəstəkləmiş olub. 

Xatırladaq ki, Serj Sarkisyan baş nazir postundan istefa verdikdən sonra onun səlahiyyətlərini Karen Karapetyan icra edir. Paşinyan isə baş nazir postuna iddialı olduğunu etiraf edib.  

NUH informasiya agentliyi səhifəsindən çap edilib