Dərc edilib: 25-04-2018

https://www.nuh.az/15748-.html

Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU

25.04.2018 12:39:17

Hadisə

Xəbər verdiyimiz kimi Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorla hadisəsi baş verib. Redaksiyamıza həmin orta məktəbin valideynləri müraciət edərək bildiriblər ki, məktəbin 1-ci sinif şagirdi 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalıb. 

BiG.AZ xəbər verir ki, zorlama hadisəsi ilə bağlı hazırda məktəbin ibtidai sinif şagirdlərin valideynləri məktəbin qarşısında aksiya keçirir. Direktorun şikayətlərinə baxmasını və həmin şagirdin dərhal məktəbdən qovularaq cəzalandırılmasını istəyirlər. 

Bu barədə redaksiyamıza məlumat verən valideyinlər direktorun onlarla görüşdən imtina etdiyini söyləyib: “Direktor bizi qəbul etmir. Sözümüz direktora çatdırılmır. Bizi qəbul edənə kimi aksiyamızı davam etdirəcəyik”.

Qeyd edək ki, zorlanan 1-ci sinif şagirdi həmin məktəbin müəlliməsi Fəxrəndə Rəhimmovanın sinfində oxuyur. 

Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU: Direktor valideyinləri qəbul etmir - FOTOLAR
Məktəbdə zorlama hadisəsi AKSİYAYA SƏBƏB OLDU: Direktor valideyinləri qəbul etmir - FOTOLAR

NUH informasiya agentliyi səhifəsindən çap edilib