Dərc edilib: 25-04-2018

https://www.nuh.az/15749-.html

İlham Əliyev Atatürkün məzarını ziyarət edib

25.04.2018 12:51:28

Siyasət

Prezident İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəlib. 


 AzərTac  xəbər verir ki, dövlət başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.

Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. 

Sonra xatirə şəkilləri çəkdirilib. 

Dövlət başçısı Xatirə kitabına ürək sözlərini yazıb. 

NUH informasiya agentliyi səhifəsindən çap edilib