Dərc edilib: 26-04-2018

https://www.nuh.az/15763-.html

“Almaniya Azərbaycanı dəstəkləməyə hazırdır” - Merkeldən Əliyevə

26.04.2018 13:52:13

Siyasət

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel prezident İlham Əliyevi prezident seçilməsi münasibəti ilə təbrik edib. 

"Qafqazinfo" xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib