Dərc edilib: 26-04-2018

https://www.nuh.az/15764-.html

Səlim Müslümov həbs olunub ?

26.04.2018 14:30:51

Dünya

 

Bir neçə gün əvvəl  vəzifəsindən azad edilən əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümovun  rəsmi  tərcümeyi-halında  həbsxana həyatı ilə bağlı məlumat yoxdur.

Ancaq  90-cı illərdə Kapital Bankın Səbail filialından 26 milyon dolların bir gecədə  yoxa çıxması məsələsi çoxlarına məlumdur. Təsəvvür edirsiniz həmin dövrdə 26 milyon dollar Azərbaycan dövləti üçün az qala astronomik  məbləğ idi. 26 milyon dollar  hazırki  dövrün  ekvivalenti ilə az qala 100 milyonlarla  dollara bərabər idi.  

Bu məsələyə görə, həmin vaxt  Səbail filialının müdiri Bəşər Hacıyev  və Maliyyə Nazirliyinin məsul şəxsi  Səlim Müslümov  həbs  olunublar.

Bəşər Hacıyev  uzun müddət  həbsxana həyatı yaşasa da, Səlim Müslümov  bir neçə aydan sonra azadlığa çıxa bilib.

Ancaq  26 milyon dolların yoxa çıxmasına aydınlıq  gətirilməyib.

Bizim bunu yazmaqda hansısa bir məqsədimiz yoxdur. Sadəcə, yaxın tariximizdə baş verənləri cidd-cəhdlə gizlətməyə ehtiyac yoxdur. Həm də heç kim həbsdən sığortalanmayıb.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib