Dərc edilib: 26-04-2018

https://www.nuh.az/15766-.html

Ermənistanda daha 3 nazir istefa verdi

26.04.2018 16:21:32

Maraqlı

Ermənistanda yüksək vəzifəli məmurların istefası davam edir.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bu gün ölkənin üç naziri, 2 qubernatoru istefa verib. Məlumata görə, postunu tərk edənlər Daşnaksütyun partiyasının üzvləri - təhsil naziri Levon Mkrtçyan, ekologiya naziri Arsvik Minasyan, şəhərsalma və inkişaf naziri David Lokyandır. Nazirlərin ardınca isə Şirak vilayətinin qubernatoru Artur Xaçatryan və Araqasotsk vilayətinin qubernatoru Aşot Simonyan istefa verib.

Qeyd edək ki, dünən isə idman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verərək etirazçılara qoşulmuşdu.

NUH informasiya agentliyi səhifəsindən çap edilib