Dərc edilib: 27-04-2018

https://www.nuh.az/15784-.html

İqtidar və müxalifət trolları

27.04.2018 15:47:41

Günün sitatı

Yazıçı  Rasət  Pirisoyu  

 

Bu çıxışın mətnini mən yaxışı taniyram. Mən öz yazılarımda bunu həmişə ictimai, siyasi və sosial debillik kimi təqdim etmişəm. Bu gün də bu fikirdəyəm. 

 
Bu adamı dinləyicilərə yazıçı kimi təqdim edirlər. Bu videonu dinlədim. Videoda bircə yazıçı fikri yoxdur.
Emincik vətəndaş müharibəsindən danışır.
Azərbaycanda soyuq vətəndaş müharibəsinin başlandığını mən artıq demişəm.


Bu müharibəni iqtidar və müxalifət trolları aparır.


Mənim həyat yoldaşım haqqında deyilən təhqirlərin içində bircə normal adam tapa bilmədim ki, onu polis tədqiqiatına cəlb edim. 
Azərbaycan trol müünaqişələri ilə idarə olunur.


Ölkə həm iqtidar, həm də müxalifət trollarının əlində qalıb.


Mən 14.04.2018-ci il tarixdə 102-yə açdığım telefon zəngindən sonra həmişə hiss etmişəm ki, Azərbaycan iqtidarı ilə Azərbaycan müxalifəti apasında çox ciddi əlaqələr var.
Bir tərəf o biri tərəifə müntəzəm informasiyalar ötürür.
Mən artıq içəriyə atılan heç bir «siyasi məhbus»a inanmıram.


Bütün bunların hamısı eyni mərkəzdən idarə olunur.


Mən tədqiqatlarımı davam etdirirəm.

NUH informasiya agentliyi səhifəsindən çap edilib