Dərc edilib: 28-04-2018

https://www.nuh.az/15796-.html

Formula 1-də üçüncü sərbəst yürüş başlayıb

28.04.2018 14:55:22

İdman

Bu gün saat 14:00-da Formula 1 Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb.

“Mercedes” komandasının heyətində Luis Hamilton və Valtteri Bottas, “Ferrari”də Sebastian Fettel, Kimi Raykonnen, “Williams”ın heyətində Sergey Sirotkin və Lans Stroll, “Red Bull Racing” komandasında Daniel Rikkardo, Maks Ferstappen, “Force India”da Eseteban Okon və Serxio Peres, “Renault”da isə Niko Hulkenberq ilə Karlos Sainz, “Toro Rosso”nun heyətində Brendon Hartli və Pyer Qasli, “Sauber”də Markus Eriksson, Çarles Lekler, “McLaren”də Fernando Alonso və Stoffel Vandurn, Pilotlar Roman Qrojan və Kevin Maqnussen isə “Haas” komandalarında mübarizə aparırlar.

Yürüş iştirakçıları 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışacaqlar.

Həmçinin saat 17:00-da sıralanma turu təşkil olunacaq.

Aprelin 29-da isə Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisində qalib adı uğrunda mübarizənin şahidi olacaqlar.

NUH informasiya agentliyi səhifəsindən çap edilib