Dərc edilib: 28-04-2018

https://www.nuh.az/15800-.html

General Vidadi Əliyevin “işədüzəltmə kantoru”

28.04.2018 17:02:28

Maraqlı

 

MTN  generalları ilə bağlı uzun müddətdir ki, davam edən məhkəmə prosesi  cəmiyyətimizdə  GENERAL rütbəsi ilə bağlı xeyli  haqlı  suallar doğurub. MTN genarallarının hələ cəmiyyətə bəlli olan az sayda əməlləri vətəndaşlarda təəccüb doğurur. Görəsən, bu bədnam əməllərin sahibləri  GENERAL zirvəsinə  hansı yolla, necə və kimlərin hesabına dırmaşıblar.

Əlbəttə,  baş verənlərə görə, hər şeyin üstündən xətt çəkmək, hamını  qaralamaq, şərəfli  həyat  yolu keçmiş generallarımızın üzərinə  kölgə salmaq fikrindən tam uzağıq.  Ancaq  bəzi generallarımızın  bizneslə, sahibkarlıqla və digər qanunsuz əməllərlə məşğul olması faktları hələ də davam edir.

NUH.az-a  daxil olan məlumata görə, Daxili Qоşunlar Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi, general-mayor  Vidadi  Əliyev  paytaxtda  mənzillər  kirayələyərək  görüşlər keçirir, kimlərinsə işə, vəzifəyə düzəldilməsi üçün vədlər verir. Əlbəttə, kimisə işə düzəltmək  savab işdir. Ancaq bu savab iş nəyin qarşılığında baş tutur ? Bax əsas məsələ budur.

Məlumat üçün onu da qeyd edək ki, mətbuatda hərbi hissələrdən birində siyasi işlər üzrə komandirin müavini vəzifəsini tutan Vidadi Əliyev Müdafiə Nazirliyi sistemindən hansısa yollarla birdən-birə Daxili Qoşunların komandan müavini postuna gətirilməsi, ildırım sürəti ilə polkovnik, sonra general-mayor rütbəsi alması barədə  xeyli yazılar dərc olunub.

Qarşı  tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib